Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Universitet əməkdaşları Akare təhsil sərgisində iştirak edib

Bu günlərdə “Naxçıvan” Universitetininin əməkdaşları  tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəsləfə doktoru Hüseyn Bağırsoylu  və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli Türkiyə Respublikasının İstanbul şəhərində  təşkil edilən təhsil sərgisində iştirak edib.

Məlumat üçün qeyd edək ki, Türkiyənin Akare təhsil sərgiləri firmasının təşkilatçılığı ilə keçirilən sərgiyə dünyanın 32 ölkəsindən  olan 86-a yaxın universitetlər və təhsil agentlikləri qatılıb.

Sərgidə iştirak edənlər universitetin tanıtımı üçün hazırlanmış videoçarxa baxmış və universitet haqqında geniş məlumat əldə etmişlər. Bundan başqa, universitetin kataloq və braşurları da sərgi iştirakçılarına  paylanılıb. Onu da bildirək ki, sərgidə həmçinin müxtəlif  təhsil agentlikləri ilə görüş keçirilmiş universitetə tələbə cəlbi və bu istiqamətdə agentliklərlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.