Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Tələbələrlə görüş keçirilib

Məlum olduğu kimi  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  2015-ci il 27 iyul tarixli  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam imzalamışdır.Həmin  sərəncamın icrası ilə əlaqədar olaraq  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bir qrup əməkdaşı “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisaslarının tələbələri ilə “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda görüşü keçirilib.

Tədbiri İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə  giriş sözü ilə açaraq adıçəkilən Sərəncamın önəmini vurğulayaraq qeyd etmişdir ki, Sərəncama əsasən, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci üzrə 100-ə yaxın ixtisas muxtar respublikanın aid təşkilatlarına hamiliyə verilmişdir. Sərəncamda qarşıda duran əsas vəzifələrdən biri tədrisin vəziyyətinin yaxşılaşdırılması və bununla bağlı hami təşkilatların müvafiq köməklik göstərməsidir. Fakültə dekanı onu da qeyd etmişdir ki, Naxçıvan MR Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq “Naxçıvan” Universitetində keçirdikləri elmi-praktik tədbirlər müvafiq ixtisasların tələbələrinin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu və audit və maliyyə sahəsində kadr potensialının formalaşması, gələcəkdə isə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətlidir.

Nazirliyin “Gəlirlərin proqnozu” şöbəsinin baş məsləhətçisi Roman Hüseynov “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda çıxış edərək büdcə gəlirləri barədə, Azərbaycan Respublikasının dövlət büdcəsinə daxilolmaların hansı mənbələr hesabına olması haqqında və 2017-ci ilin büdcə gəlirləri ilə müqayisədə cari ilin büdcə gəlirlərində yaranan artımı cədvəl və diaqramlarla tələbələrin diqqətinə çatdırmışdır. Sonra Nazirliyin “Büdcə” şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək Azərbaycan Respublikasının büdcə sistemi haqqında geniş məlumat vermişdir. O, büdcə sisteminin tərkib hissəsi olan Naxçıvan MR-nın büdcəsinin gəlirləri barəsində danışaraq tələbələrə ətraflı məlumat vermişdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırıb.