Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Tələbələrlə görüş keçirildi

“Naxçıvan” Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci ilin iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı “Naxçıvan” Universitetində olmuş İqtisadiyyat fakültəsinin tələbələri ilə  görüş keçirmişlər.

Tədbiri giriş sözü ilə İqtisadiyyat fakültəsinin dekanı, İqtisad üzrə fəlsəfə doktoru,  dosent Mehriban İmanova açaraq bildirmidir ki, 2018-ci il üzrə “Caspian European Club”un dəstəyi ilə fəaliyyət göstərən “Caspian Energy İnternational Media Group” un hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının iqtisadi  regionlar arasında yenidən ən yüksək ümumi bal toplayaraq qalib olması bizləri daha da ruhlandırdı.Fakültə dekanı bu uğurun əldə olunması Naxçıvan iqtisadiyyatının investisiya cazibədarlığını daha da artıracağına əminliyini vurğulamışdır.

 

Tədbirdə İqtisadiyyat Nazirliyinin “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbəsinin müdiri Emin Zeynalov çıxış edərək muxtar respublikamızda əlverişli investisiya mühitinin yaradılması nəticəsində yeni-yeni layihələrin reallaşması və ixracın təşviqi ilə bağlı ətraflı məlumat vermişdir.

Ləzzət MMC-nin direktoru Teymur Rzayev müəssisədə istehsal olunan məhsullar və onun ixrac potensialı, uğurlu fəaliyyət və qazanılmış nailiyyətlər haqqında maraqlı məruzə etmiş, sahibkarlar üçün səmərəli biznes mühitinin yaradıldığını qeyd etmişdir.

 

Sonra İqtisadiyyat Nazirliyinin “Elmi Tədqiqat və Tədris Mərkəzinin elmi işçisi Mehbarə Məmmədovanın “Naxçıvan Muxtar Respublikası Azərbaycan üzrə investisiya reytinqinin lideridir” mövzusunda çıxışı dinlənilmişdir. Sonda tədbir iştirakçıları   muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən vidoçarxa baxmışlar.