Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Tələbələr Hüseyn Cavidin ev muzeyində olublar

“Naxçıvan”  Univeristetinin Pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II kurs tələbələri  Hüseyn Cavidin anadan olması münasibətilə Hüseyn Cavidin ev muzeyində olublar. Qeyd edək ki, muzey ekskursiyası Pedaqoji fakültənin dekanı, filalogiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva və həmin fakültənin kafedra müdiri Nüşabə Məmmədovanın təşkilatçılığı ilə baş tutmuşdur.

Muzeyin əməkdaşı tələbələrə Hüseyn Cavidin həyat və  yaradıcılığı ilə bağlı ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin böyük səyləri hesabına dahi Cavidin cənazəsi uzaq Sibirdən Azərbaycana  gətirildi. Bu iş asan deyildi və böyük iradə , cəsarət tələb edirdi. Ancaq ulu öndərin xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza olan sədaqəti  ona belə bir cəsarət  göstərməyə imkan verdi. Ümummilli liderimiz Moskvadan Bakıya, iki gün sonra isə  Naxçıvana qayıtdı. Moskvadan Naxçıvana qayıdış  o dövrün bəzi qəzetlərində  yazılığı kimi  əyalət mərkəzinə yox, Vətənə qayıdış idi. Heydər Əliyev Naxçıvanda yaşayıb işləyərkən siyasi, sosial-iqtisadi  və mədəni həyatımızın  bütün istiqamətlərində  o cümlədən  Hüseyn Cavidin xatirəsinin  əziz tutulması sahəsində  təxirəsalınmaz  tədbirlər həyata keçirdi.  Bunun ən parlaq təzahürlərindən biri  də o idi ki, ulu öndərin təşəbbüsü ilə 1992-ci ildə Hüseyn Cavidin anadan olmasının  110 illik yubileyi  qədim Naxçıvan torpağında  qeyd edildi. Bu gün də bu diqqət və qayğı dövlət başçısı İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən davam etdirilir.