Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Tələbələr “Əshabi-Kəhf” ziyarətgahında olub

“Naxçıvan” Univeristetinin Xarici dillər fakültəsinin  birinci kurs 1+4 sistemi ilə təhsil alan tələbələri “Əshabi-Kəhf” ziyarətgahında olmuşlar. Universitetin dil kordinatoru  Elmira Hüseynova tələbələrə ziyarətgah barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində  xalqımızın  dininə, inanclarına hörmət bəsləmiş və müqəddəs yerlərə   qayğı göstərmişdir. Bu qayğı, müstəqillik dövrümüzdə də  davam etmişdir. Ulu öndərin 1998-ci ildə “Əshabi-Kəhf”in  abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi,  xalqımızın  dininə və tarixinə göstərilən  qayğının  bariz nümunəsidir.
Ziyarətgahda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.