Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Türkiyənin Naxçıvandakı Baş konsulu “Naxçıvan” Universitetində olub

   Türkiyənin Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz “Naxçıvan” Universitetində olub.
Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva qonağı salamlayıb, onu universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor universitetin yaranması, fəaliyyəti və mütəxəssis hazırlığı barədə məlumat verərək qeyd edib ki, "Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınmışdır. Rektor “Naxçıvan” Universitetinin indi dünyanın 50-dən artıq universiteti ilə əməkdaşlıq etdiyini və həmin universitetlərin kitabxanaları ilə sıx əlaqə saxlanıldığını ifadə edib.

Rektor onu da bildirib ki, “Naxçıvan” Universitetində tələbələrin yüksək təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, kompyuter mərkəzləri, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxana, yüksək sürətli simsiz internet, asudə vaxtlarını səmərəli keçirmək üçün özfəaliyyət qrupları, açıq və qapalı idman meydançaları tələbələrin ixtiyarına verilib.
Baş konsul Mehmet Emin Kiraz da öz növbəsində universitetin rektorunu yeni vəzifəyə təyin olması münasibətilə təbrik edib, Türkiyə universitetləri ilə “Naxçıvan” Universiteti arasında təhsil sahəsindəki əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.