START-UP FƏALİYYƏTİ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ SEMİNAR

 

     Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Start-up fəaliyyəti ilə bağlı tələbələrlə maarifləndirici seminar təşkil olunub. Seminarda bütün fakültələrdən Start-up fəaliyyətinə marağı olan tələbələr iştirak edib. 20-dən çox tələbənin iştirak etdiyi seminarda İKT şöbəsinin əməkdaşı, Elektron texnika üzrə nəzarətçi vəzifəsində çalışan Şamil Hümbətov tələbələrə start-up haqqında geniş məlumat verərək onlarda bu fəaliyyət növü ilə bağlı təsəvvür yaradıb.  Şamil Hümbətov startapçı olmağın çətinlik və üstünlükləri  haqqında danışaraq seminar iştirakçılarının suallarını cavablandırıb. O, həmçinin  öz təcrübəsini paylaşaraq “Niyə startapçı olmalısınız?”, “Startap qurmağa nədən başlamaq lazımdır?”, “Nələrə diqqət edilməlidir?” kimi suallara tam ətraflı və detallı cavab verib, dünya təcrübəsinə əsaslanan məlumatları tələbələrlə paylaşıb.