Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “İslam dinində vətənpərvərlik və şəhidlik” mövzusunda konfrans keçirilib

   Konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açıq elan edib. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Ardından çıxışına davam edən rektor bildirib ki, Azərbaycanın bütövlüyü uğrunda həyatlarını qurban verən hər bir şəhidin xatirəsi bizim üçün əzizdir. Onların həyatı gənc nəsil üçün örnək olmalıdır. Şəhidləri tanımaq və tanıtdırmaq gəncliyin əsas vəzifəsidir. “Vətəni sevmək imandandır” fikrini xatırladan universitetin rektoru, dosent Nurlana Əliyeva deyib ki, şəhidlik yalnız cəmiyyətimizdə deyil, dinimizdə də ən uca, ali məqam sayılır. Bu baxımdan da həm milli, həm mənəvi dəyərlərimiz vətəni sevməyi, onun uğrunda canından keçməyi qarşımızda vəzifə kimi qoyur. Bildirilib ki, 44 günlük Vətən Müharibəsində qələbəmizi təmin edən şəhid və qazilərimiz haqq, ədalət, milli birlik yolunun yolçuları kimi daim gələcəyimizi aydınladacaqdır.

    Növbəti məruzədə “İlahiyyat” kafedrasının müəllimi Kubra Vəliyeva “Qurani-Kərimdə və hədislərdə vətən sevgisi və şəhidlik” haqqında danışıb. Qeyd edib ki, “vətən” kəliməsi ərəb mənşəli sözdür və “bir yerdə yaşamaq”, “yurd sahiblənmək”, “bir yeri yurd halına gətirmək” deməkdir. “Vətənpərvər” isə iki sözdən, ərəb mənşəli “Vətən” və fars mənşəli “Pərvər” sözlərinin birləşməsindən yaranıb. Tərcüməsi “Vətənin qanadı olmaq” deməkdir. Kubra Vəliyeva bildirib ki, qazilik və şəhidlik anlayışı məhz islam dininə xas olan anlayışlardır. Yalnız bu dində şəhidlik ali məqam sayılır və müqəddəs hesab olunur.

    Sonra “Dinşünaslıq” ixtisasının 3-cü kurs tələbəsi Nəzrin Məmmədovanın “İslamda şəhidlik məqamı” adlı çıxışı dinlənilib.

   Ardınca çıxış edən Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla iş Üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev dində vətən, vətənpərvərlik və şəhidlik anlayışları haqqında məlumat verib. Bildirib ki, hər xalq müstəqil bir dövlətə sahib ola bilmir. Bu gün dünyada 800-dən artıq xalq olsa da, dövlətlərin sayı 200-dən artıqdır. Sahib olduğumuz müstəqilliyi gələcək nəsillərin rahat yaşaması, xalqını, dövlətini qorumaq üçün canından keçən şəhidlərə borcluyuq. Vüqar Babayev 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan qələbəni xatırladıb və bu qələbədə öz qanları ilə imzalarını atan şəhidlərin ruhunu yad edib.

    Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.