Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin bir qrup müəllim və tələbəsi növbəti iməcilikdə 200-ə yaxın ağac əkib

   Ekoloji tarazlığın pozulduğu bir dövrdə yaşıllıqların artırılması yönündə atılan hər bir addım bizə təbiəti qorumaq və daha sağlam mühitdə yaşamaq imkanı verir.

  Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır.

   Son illərdə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir.

   Bu tədbirlərin davamı olaraq keçirilən növbəti iməcilikdə “Naxçıvan” Universitetinin bir qrup müəllim və tələbəsi universitet üçün ayrılmış yaşıllıq sahəsində 200-ə yaxın müxtəlif meyvə tingləri əkiblər. Əvvəlki dövrdə əkilən ağaclara aqrotexniki qulluq edib, suvarma sistemlərini bərpa ediblər.