Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Pedaqoji təcrübənin yekun konfransı olub

             “Naxçıvan” Universitetinin “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şöbə üzrə təhsil alan tələbələrinin 2018-2019-cu tədris ilinin payız semestrində  keçdikləri pedaqoji təcrübəyə həsr olunmuş yekun konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin tədris və  tərbiyə  işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, pedaqoji təcrübə təhsil müddətində qazanılan nəzəri bilikləri təcrübədə möhkəmləndirməklə peşə vərdişlərinə yiyələnməyə imkan verir.

            Təcrübə dövründə metodistlərin, müəllimlərin və tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü də qeyd edən prorektor, universitetdə ixtisaslı pedaqoji kadr hazırlığı prosesində ali və orta ümumtəhsil müəssisələrinin müntəzəm əməkdaşlığına, dünya təhsil sisteminə inteqrasiyaya, nəzəri bilik və təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verildiyini nəzərə çatdırıb. Prorektor ümumilikdə 112 nəfər tələbənin Heydər Əliyev adına tam orta məktəbdə, 8 nömrəli tam orta məktəbdə və 15 nömrəli tam orta məktəbdə 7 həftəlik təcrübəni uğurla başa vurduğunu  ifadə etmişdir.

             Konfrsansda Pedaqoji fakültənin dekanı Nurlana Əliyevanın “Pedaqoji fakültə ixtisasları üzrə təcrübənin yekunları haqqında”, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin “Xarici dil müəllimliyi ixtisası üzrə təcrübənin yekunları haqqında”, metodist Tural Paşayevin “Pedaqoji təcrübənin ümumi yekunları haqqında” çıxışları dinlənilmişdir.