Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Konfransı giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq pedaqoji təcrübənin ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən danışıb. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.

Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamilliyə verilməsinə dair əlavə tədbirlər və inovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamı ilə 30 pedaqoji profilli ixtisas Təhsil Nazirliyinə hamilliyə verilib ki, onlardan 8-i “Naxçıvan” Universitetindədir. “Naxçıvan” Universitetində yaradılan müasir təhsil və yüksək sosial məişət-şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 243-ü ixtisas seçimi zamanı bu təhsil ocağını seçib. Həmin 243 abuturiyendən 116-sı pedaqoji profilli ixtisaslarda təhsil alır. Qeyd olunub ki, bu tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komisiya tərəfindən keçirilən müsabiqələrdə “Naxçıvan” Universitetinin 30 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub.

Diqqətə çatdırılıb ki, fevralın 18-dən aprelin 6-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 15 nömrəli və Babək rayon Kərimbəyli kənd tam orta məktəblərində 141 tələbə pedaqoji təcrübədə olacaqdır. Nazirlik tərəfindən onların yüksək səviyyədə praktiki iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq, təcrübə dövründə tələbələrin təcrübə keçdikləri məktəblərdə açıq dərslər təşkil olunacaq. Nazir məktəblərdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlərlə bağlı məktəb direktorlarına aidiyyəti üzrə tapşırıqlar verib.

Daha sonra “Naxçıvan” Unversitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərlinin “Pedaqoji ixtisaslar üzrə təcrübənin xüsusiyyətləri” və Pedaqogika və psixologiya kafedrasının müəllimi Aytən Məmmədovanın “Təcrübə zamanı pedaqoji və psixoloji işlər mövzularında çıxışları dinlənilib.

Sonda “Naxçıvan” Unversitetində pedaqoji profilli ixtisaslar üzrə kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə dərslik və metodik vəsaitlər hədiyyə edilib.