Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Pedaqoji fakültə əməkdaşları muzeydə olublar

“Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin bir qrup əməkdaşı və Azərbaycan dili və ədəbiyyat ixtisasının I kurs  tələbələri Şahbuz rayonunun Nurs kəndində yerləşən  Məmməd Arazın ev muzeyində olmuşlar. Muzeyin bələdçisi məlumat verərək bildirmişdir ki, Xalq şairi Məmməd Araz ədəbiyyatımızın təkzibedilməz, özünəməxsus şairidir. Onun yaradıcılığı vətəndaşlıq amalı ilə yoğrulmuşdur. Sözün əsl mənasında Allah vergisinə malik olduğu üçün o, yaradıcılığının bütün tellərilə xalqa bağlıdır. Vaxtilə çoxlarının dilə gətirə bilmədiklərini M. Araz bütün yaradıcılığı boyu müxtəlif ədəbi fəndlərlə xalqa deyib, xalqın ruhunu sarsılmağa qoymayıb. Məmməd Araz yaradıcılıq mövqeyi həyat tərzi ilə üst-üstə düşən insanlardandır. Görkəmli söz ustadı Məmməd Arazın sənət dünyasında vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri bədii yaradıcılığın nüvəsində dayanır. Məmməd Araz şeirinin hər sətri, hər misrası, təqdim və təsvir olunan hər obrazı, detalı vətən qüdsiyyətini ifadə edir. Ədibin əsərlərinə gətirdiyi hər daş parçası, qaya, hər kol, ağac, dərə, dağ, quş, heyvan, ot - bir sözlə: hər xilqət vətən əzəməti, el sevgisi, yurd müqəddəsliyinə xidmət edir. 

Sonra tələbələri maraqlandıran suallar cavablandırılmış,xatirə şəkli çekdirilmişdir.