Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Oxunması zəruri olan kitabların müzakirəsi

15 noyabr 2018-ci il tarixdə “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin  Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə  I kurs tələbələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar”ın müzakirəsi keçirilmişdir. Müzakirədə “Naxçıvan” Universitetinin rektoru, professor İ.İ.Əliyev, Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru N.S.Əliyeva, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dosent N.M.Məmmədova iştirak etmişdir.   31 Oxunması zəruri olan kitablardan əksəriyyəti tələbələr tərəfindən təhlil edilmişdir.

Tələbələrdən Ağayev Hüseyn “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ni, Əsədova Sunay Elçinin “Baş” romanını, Nağıyeva Gülan “Kitabi-Dədə-Qorqud” dastanını, Bağırova Jalə “Azərbaycan Xalq ədəbiyyatında atalar sözləri”ni, Cəbiyev İslam Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasını və s. təhlil etdilər.

Mövzulara aid tələbələrlə sual-cavab aparıldı. Bu təhlil qənaətbəxş hesab olundu.