Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"NAXÇIVAN" UNİVERSİTETİ "RİYAZİYYAT VƏ İNFORMATİKA" KAFEDRASININ 1 APREL 2021-Cİ İL TARİXİNDƏ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

    İclası giriş sözü ilə açan “Riyaziyyat və informatika” kafedrasının müdiri Səfa Əliyev gündəlikldə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

İclasda aşağıdakı məsələlər müzakirə olunub:

1. Fənn proqramlarının yenilənməsi;

2. İmtahan testlərinin hazırlanması gedişatı;

3. Kafedrada yaxın günlərdə keçirilməsi planlaşdırılan konfransa hazırlığın vəziyyəti.

Müzakirəyə çıxarılan məsələlərlə bağlı bildirilib ki, yeni baza standartlarına uyğun olaraq kafedrada fənn proqramlarının yenilənməsinə ehtiyac vardır. Bunu nəzər alaraq kafedra əməkdaşları fənn proqramlarının hazırlanması işində fəal iştirak etməlidirlər. Eyni zamanda yaxınlaşan yaz imtahan sesiyasına hazırlıq, imtahan testlərinin təkmilləşdirilməsi sahəsində görüləcək işlər müzakirə olunmuş, müvafiq tapşırıqlar verilmişdir. Kafedra müdiri Səfa Əliyev həmçinin bildirmişdir ki, universitetdə təhsillə paralel olaraq elmi fəaliyyətə diqqətin artırılması günümüzün tələbi səviyyəsindədir. Eyni zamanda aprel ayında keçirilməsi nəzərdə tutulmuş elmi konfransa hazırlıq məsələləri də əməkdaşlar tərəfindən müzakirə olunmuşdur. Bildirilmişdir ki, ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən siyasətə uyğun olaraq biz də prioritet istiqamətləri daim diqqət mərkəzində saxlamalı, işimizi bu istiqamətdə qurmalıyıq. Daha sonra kafedra müəllimlərinin sualları dinlənilmiş, təklifləri ətrafında fikir mübadiləsi aparılmışdır.