Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"NAXÇIVAN" UNİVERSİTETİ "PEDOQOGİKA VƏ PSİXOLOGİYA" KAFEDRASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

  İclası giriş sözü ilə açan “Pedaqoji” fakültənin dekanı İsmət Həsənov bildirmişdir ki, dayanmadan yenilənən dünya təhsil sisteminə uyğunlaşmaq üçün görülən işin keyfiyyəti daim artırılmalı, müasir tələblər diqqətdə saxlanılmalıdır. Qeyd olunmuşdur ki, ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən siyasətə uyğun olaraq biz də prioritet istiqamətləri daim diqqət mərkəzində saxlamalı, işimizi bu istiqamətdə qurmalıyıq. Belə iclaslarda mövcud vəziyyətin, problemlərin və qarşıda duran vəzifələrin müzakirəsi  görülən işin daha keyfiyyətli olmasına şərait yaradır. Ardından “Pedoqogika və Psixologiya” kafedrasının müdiri Aytən Məmmədova gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

  İclasda aşağıdakı məsələlər müzakirə olunub:

1. İmtahan biletlərinin tərtib olunması və təsdiqi;

2. İmtahan üçün nəzərdə tutulmuş test suallarının təhvil verilməsi;

3. Pedaqoji təcrübənin yekunu ilə bağlı məsələlərin müzakirəsi.

  İclasda yaxınlaşan yaz imtahan sesiyasına hazırlıq, imtahan testlərinin təkmilləşdirilməsi sahəsində görüləcək işlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Daha sonra kafedra müəllimlərinin sualları dinlənilib, təklifləri ətrafında fikir mübadiləsi aparılıb.