Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"Naxçıvan" Universitetinin rektoru Avrasiya Universitetlər Birliyinin konfransında iştirak edib

  "Naxçıvan" Universitetinin beynəlxalq əlaqələri təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun strukturunun, idarəetmə metodlarının, müəllimlərin pedaqoji ustalığının, tədris proqramlarının məzmununun, texniki təchizatının, təhsil prosesinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasına və inkişafına yönəlmişdir.

  11 fevral 2021-ci il tarixində Avrasiya Universitetlər Birliyinin "2021-EURAS üzvləri ilə görüş" adlı konfransı keçirilib. Konfransda "Naxçıvan" Universitetinin rektoru, dosent Nurlana Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli iştirak edib.

  Konfransı giriş sözü ilə Avrasiya Universitetlər Birliyininin direktoru Mustafa Aydın açaraq konfrans iştirakçılarına görülən işlər və 2021-ci ildə qarşıya qoyulan hədəflərlə bağlı məlumat verib.

  Konfransda 2021-ci ildə partnyor universitetlər tərəfindən keçiriləcək vebinarlar, tələbələr üçün yeni platformanın hazırlanması və 3 indeksli jurnallarda dərci ilə bağlı məsələr müzakirə olunub.