Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"Naxçıvan" Universitetinin Magistratura pilləsinə daxil olmuş bakalavrların nəzərinə!

   2020-2021-ci tədris ilində “Naxçıvan” Universitetinin Magistratura təhsil səviyyəsinə qəbul olunmuş Naxçıvandan kənarda olan bakalavrlar qeydiyyata alınmaları üçün aşağıdakı sənədlərin surətlərini 06 iyul - 15 iyul 2020-ci il tarixlərdə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidirlər.

   Ödənişli qaydada qəbul olanlar təhsil haqqını istənilən bankdan aşağıda qeyd edilən hesab nömrəsinə köçürməklə ödəmə qəbzinin surətini də sənədlərlə birlikdə göstərilən elektron ünvana göndərməlidirlər.

   Naxçıvan Muxtar Respublikasında yaşayan və hal hazırda Naxçıvanda olan bakalavrlar qeydiyyat üçün sənədlərini göstərilən tarixlərdə magistratura mərkəzinə şəxsən təqdim etməlidirlər.

  1. Bakalavr diplomu (Təsdiq olunmuş).
  2. Şəxsiyyət vəsiqəsinin surəti.
  3. İş nömrəsi və şifri.
  4. Tibbi arayış----(Forma-86).
  5. 4 ədəd 3x4 ölçüdə rəngli foto şəkil.
  6. Təhsil haqqının ödənilməsi haqqında qəbz (Təhsil haqqı Naxçıvan Banka ödəniləcək).
  7. Qovluq (qaytanlı).

 

“Naxçıvan” Universitetin Bank rekvizitləri

BANKIN REKVİZİTLƏRİ

Bankın adı:

Naxçıvanbank ASC

Muxbir hesab:

AZ18NABZ01350100000000090944

Vöen:

0200432771

Kodu:

505152

SWIFT:

NAXBAZ22

 

MÜŞTƏRİNİN REKVİZİTLƏRİ

Hesab sahibinin adı:

Naxçıvan universiteti

VÖEN:

0200122341

Hesab:

AZ74NAXB40090000012577000AZN