Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"Naxçıvan" Universitetinin İdarəetmə fakültəsinin tələbələri Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən onlayn təlimdə iştirak edib

  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə "Şəxsi maliyyənin idarə edilməsi" adlı onlayn təlim keçirilib. Təlimə "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsinin tələbələri cəlb edilib.

Təlimin məqsədi şəxsi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma (kredit) üzrə düzgün qərarların verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsindən ibarətdir. 

Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlim haqqında ətraflı məlumat verərək "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının əhəmiyyətindən danışıb. Bildirilib ki, təşkil edilən təlimlər, keçirilən görüşlər tələbələrin müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb edilən səviyyədə hərtərəfli məlumata sahib olmalarına şərait yaradır.

Daha sonra Maliyyə Tədris Mərkəzinin əməkdaşları Zəhra İsmayılova və İnci Səfərovanın çıxışları dinlənilib.

Təlimin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.