Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"Naxçıvan" Universitetinin daha bir müəllimi sertifikat alıb

  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bu ilin may-iyun aylarında təşkil olunan STEAM təhsili üzrə təlimləri uğurla başa vuran müəllimlərə sertifikatlar verilib.

  Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən pilot olaraq muxtar respublikanın 15 təhsil müəssisəsində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Bu təhsil müəssisələrində STEAM kabinələri yaradılıb və zəruri avadanlıqlarla -3D printerlər, mikrobit, arduino setləri və digər öyrədici qurğularla təchiz edilib. Tədrisin yüksək səviyyədə təşkili üçün dərsliklər və tədris proqramı hazırlanıb.

  Vurğulanıb ki, STEAM təhsil metodunun tətbiq edildiyi məktəblərdə artıq şagirdlərə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik bacarıqları öyrədilir. Qısa müddətdə tədbiqinə baxmayaraq, şagirdlər tərəfindən 100-dən çox STEAM və Robotexnika layihələri hazırlanıb və Təhsil Nazirliyi Tərəfindən təşkil olunan Texnosərgidə nümayiş etdirilib.

  Rəhman Məmmədov STEAM təhsil metodunun uğurlu tətbiqi üçün müəllim kadrların hazırlanmasının əhəmiyyətindən də danışıb. Qeyd olunub ki, Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq müəllim hazırlığı diqqətdə saxlanılır. Bu günədək 100-ü bu Mərkəzdə, 150-si isə onlayn qaydada olmaqla 250 müəllim təlimlərdən yararlanıb. Bu təlimlərin nəticəsi olaraq onlarda STEAM dərsləri tədris etmək bacarığı formalaşıb.

  Təhsil naziri, həmçinin növbəti təlimləri uğurla başa vuran 40 müəllimi təbrik edib, STEAM Tədris Mərkəzində təlimlərin bundan sonra da davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.

  STEAM Tədris Mərkəzinin təlimçisi Fuad Babayev bildirib ki, STEAM təhsili üzrə peşəkarlığın artırılması məqsədilə ilk dəfə olaraq “STEAM Tədris Mərkəzi”ndə beynəlxalq təlimlərdə iştirak etmiş “Hədəf” Şirkətlər Qrupunun əməkdaşları tərəfindən “STEAM və müasir təlim yanaşmaları” mövzusunda təlim keçirilib. Təlimlərə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə yanaşı ali təhsil müəssisələrinin də müəllimləri cəlb olunub. Növbəti təlimləri 40 müəllim uğurla başa vurub.

  Sonda STEAM təhsil metodu üzrə təşkil olunan təlimi uğurla başa vuran müəllimlərə Təhsil Nazirliyinin sertifikatları təqdim olunub.

  Qeyd edək ki, təlimi uğurla başa vuraraq sertifikat alan müəllimlər arasında "Naxçıvan" Universitetinin müəllimi Azər Babayev də var.