Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"Naxçıvan" Universitetinin əməkdaşları "COVID-19 beynəlxalq təhsili necə dəyişdirir?" mövzusunda keçirilən beynəlxalq vebinarda iştirak ediblər

  "Naxçıvan" Universitetinin əməkdaşları Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə "COVID-19 beynəlxalq təhsili necə dəyişdirir?" mövzusunda keçirilən beynəlxalq vebinarda iştirak ediblər.

  Vebinarda dünyanın 20 ölkəsindən 40-a yaxın universitetin təmsilçiləri iştirak edib.

  Vebinarda Malayziya Texnologiya Universitetinin Elmi və beynəlxalq fəaliyyətlər üzrə prorektoru Dr. Zainuddin ABD MANAN-nın, Beynəlxalq Təhsil Eksperti və təlimçi Sirin Mylesin, Rusiya Ali İqtisad Məktəbinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Konstantin Platonovun çıxışları dinlənilib.

  Vebinarda "Naxçıvan" Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və universitetin əməkdaşları Yasin Babazadə, Anara Nəsirli, Könül Babayeva, Ruqiyyə Kərimova təmsil edib.