Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR
 
  "Naxçıvan" Universitetində Vətən müharibəsinə həsr olunmuş "Qəhrəmanlarımız unudulmur" mövzusunda açıq dərs keçirilib. Ali təhsil ocağının Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Xuraman Hacızadə tərəfindən keçirilən açıq dərs başlamazdan öncə Vətən müharibəsində qəhrəmanlıqla canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
 
Bildirilib ki, 44 gün davam edən döyüşlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu çox böyük bir Qələbəyə imza atdı. Azərbaycanın uzun illərdir ki, pozulan ərazi bütövlüyü təmin edildi. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid verilmədən Azərbaycana qaytarıldı. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, Silahlı Qüvvələrimizin yüksək nizam-intizamı, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi artıq bütün dünyada qəhrəmanlıq salnaməsinə çevrilmişdir.
Ölkə başçısının "27 sentyabr - Anım Günü" və "8 noyabr - Zəfər Günü" ilə bağlı verdiyi sərəncamlar cəmiyyətdə böyük məmnunluq və qürur hissi ilə qarşılandı. Bu da bir daha sübut etdi ki, Vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlar heç vaxt unudulmur. Onların əziz xatirəsi hər zaman yad edilir. Bundan sonra da hər bir şəhidin həyatı, döyüş yolu araşdırılacaq və şanlı tariximizdən gələcəyimizə işıq saçan mayak olacaqdır.