Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

"Naxçıvan" Universitetində İngilis dilində diskussiyaların keçirilməsinə start verildi

Hər zaman təhsil səviyyəsinə və yeniliklərinə görə fərqlənən "Naxçıvan" Universiteti tələbələrdə və universitet əməkdaşlarının xarici dil bacarıqlarının artırılması, mükəmməlləşdirilməsi məqsədilə yeni layihəyə start verib.

Universitetin Xarici dillər fakültəsinin  təşkilatçılığı ilə universitetdə hər həftənin şənbə günü ingilis dilində diskussiyaların keçirilməsinə başlanılıb. Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin  rəhbərliyi ilə  bu gün keçirilən ilk diskussiyada  "İngiliscə danışıq zamanı ortaya çıxan problemlər və onların həlli" mövzusu müzakirə olunub.

Qeyd edək ki, diskusiyada universitetin bütün fakültələrindən tələbələr iştirak edib.