Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"Naxçıvan" Universitetində "Erasmus+" layihəsinin təbliği ilə bağlı təlim keçirilib

 “Naxçvan” Universitetində keçirilən təlimdə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əməkdaşları və bir qrup tələbələri iştirak edib. Universitetin rektoru, professor İsmayıl Əliyev Avropa strukturlarının təhsil sahəsində həyata keçirdikləri layihələri və azərbaycanlı gənclər üçün yaradılmış bu cür imkanları müsbət hal kimi dəyərləndirib.

  Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, 150 tərəfdaş ölkəni birləşdirən “Erasmus+” layihəsinə beynəlxalq əməkdaşlıq üçün 3 milyard avro vəsait ayrılıb. 2019- 2025-ci illəri əhatə edəcək yeni “Erasmus+” layihəsi qabiliyyətlərin inkişaf etdirilməsi, kredit və dərəcə mobilliyi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eyni zamanda kadr potensialının gücləndirilməsi kimi əsas fəaliyyət istiqamətlərini əhatə edir. Milli “Erasmus+” ofisinin əməkdaşı Zəfər Həsənov tədbir iştirakçılarına layihənin əsas xüsusiyyətləri, Bakı Biznes Universitetinin əməkdaşı Gülşən Bayramova həmin layihənin sözügedən proqram çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsi barədə məlumat veriblər. “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli muxtar respublikada, xüsusən də təmsil etdiyi ali təhsil müəssisəsində “Erasmus+” layihəsi ilə əməkdaşlıqdan, eyni zamanda onun inkişaf istiqamətlərindən, müəllim-tələbə mübadiləsindən bəhs edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.