Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI
 
Klubun sədri Həsən Hacıhəsənli Tələbə Gənclər Təşkilatının müvafiq qərarlarını səsləndirilmiş, TGT daxilində fəaliyyət göstərən klubların aktivliyinin təmin olunması məqsədi ilə "Tələbə Əyləncə Həftələri"nin təşkil olunduğunu qeyd etmişdir. Daha sonra Pedoqoji fakültənin dekanı Filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva TGT fəaliyyəti barəsində dəyərli fikirlərini bildirmiş TGT'yə uğurlar arzulamışdır. O cümlədən klubun fəaliyyəti ilə, universitetin dəyərli müəllimləri və İdman və Gənclər Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri, hörmətli Tahir Məmmədli də yaxından tanış olmuşdur.
"Müasir dünyamızın təhsil problemləri" mövzusunda keçirilən debatta hər iştirakçı bir ölkəni təmsil etmişdir.
 
 
İdarə olunan vaxtda təmsilçilərin mövzu barəsində fikirləri dinlənilmiş, koalisiyalar qurulmuşdur. Qurulan koalisiyalar fəaliyyətini saxlamaq üçün mövzu ətrafında idarə olunmayan vaxt zamanı müzakirələr aparmış, təkliflər irəli sürmüşlər. Sona 2 koalisiya qalmış, təklifləri dəyərləndirilmişdir. Daha sonra "Bütün ölkələr müasir dünyamızın təhsil problemlərini birgə həll etsin" fikri səsverməyə qoyulmuş və qəbul edilmişdir. Koalisiyasız yekun vurulan debatta təkliflər qəbul edilib aktlaşdırılmışdır. Kluba direktorluğunu Tələbə Gənclər Təşkilatınım sədri, Sənan Əhmədov, hakimliyini isə klubun sədri Həsən Hacıhəsənli etmişdir. Qaliblər debatın hakimi, direktoru, müəllimlər və Tahir Məmmədli tərəfindən müzakirə edilmiş və nəticələr aşağıdakı kimi olmuşdur:
Ən yaxşı təmsilçi- Nuri Mehnətli
Ən yaxşı debatçı- Aykin Allahverdiyev
Ən yaxşı iştirakçı- Aysel Sadiqova
Ən yaxşı iştirakçı- Tovuz Fərəcova