Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

"Naxçıvan" Universiteti Tələbə Gənclər Təşkilatı daxilində fəaliyyət göstərən "Özəl düşərgə" klubunun "Tələbə Əyləncə Həftələri" devizi altında keçirilən tədbirdə fəaliyyətini ictimaiyyətə təqdim etmişdir.

16  nəfərlik komandada "Tarix günümüzdə olsaydı" mövzusundə nümayiş etdirilən 5 hissəli səhnəcikdə klubun üzvləri auditoriyada gülüş yarada bilmişlər.

Səhnəcikdən sonra Tələbə Gənclər Təşkilatının sədri Sənan Əhmədov klubun fəaliyyəti ilə bağlı fikirlərini diqqətə çatdırmışdır. Daha sonra universitetin tədris və tərbiyyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu və Ümumi tarix kafedrasının müəllimi Əli Yusifov tədbirlə bağlı öz dəyərli fikirlərini səsləndirmiş, təşkilatın fəaliyyətini təqdirə layiq olduğunu bildirmiş və uğurlar arzulamışlar.

Sonda isə tələbələri maraqlandıran suallar Tələbə Gənclər Təşkilatının əməkdaşları tərəfindən cavablandırılmışdır.