Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"Naxçıvan" Universiteti "Türkiyə təqaüdləri" proqramı ilə əməkdaşlığı genişləndirir

  Türkiyə Respublikası Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Beynəlxalq Dairə Başkanlığı koordinatoru Engin Vural və Mədəniyyət, Sosial İşlər Dairə Başkanlığı koordinatoru Sevilay Yıldırım Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində "Naxçıvan" Universitetində olublar.

  Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor universitetin yaranması, fəaliyyəti və mütəxəssis hazırlığı barədə məlumat verərək qeyd edib ki, "Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınmışdır. Rektor "Naxçıvan" Universitetinin indi dünyanın 50-dən artıq universiteti ilə əməkdaşlıq etdiyini və həmin universitetlərin kitabxanaları ilə sıx əlaqə saxlanıldığını ifadə edib.

  Qonaqlar ali təhsil ocağında yüksək qonaqpərvərliklə qarşılandıqlarına görə minnətdarlıqlarını bildiriblər.

 "Türkiyə təqaüdləri" proqramı haqqında məlumat verən qonaqlar qeyd ediblər ki, Türkiyə təqaüd proqramı tələbə və tədqiqatçılara Türkiyənin ən tanınmış universitetlərində təqaüd təhsili və tədqiqat imkanı verən hərtərəfli və dövlət tərəfindən dəstəklənən rəqabətli bir təqaüd proqramıdır. Proqrama bakalavr, magistr, doktorantura və tədqiqat proqramları üzrə hər bir şəxs internet üzərindən onlayn olaraq müraciət ünvanlamalıdır. Müraciətlər türk, ərəb, ingilis, fransız, rus, fars, ispan və Bosniya dili olmaq üzrə 8 dildə edilə bilər.

Daha sonra qonaqlar universitet şəhərciyi  ilə tanış olublar.