Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"Naxçıvan" Universiteti "Azərbaycan dili və ədəbiyyat" kafedrasının onlayn iclası keçirilib

  "Naxçıvan" Universiteti "Azərbaycan dili və ədəbiyyat" kafedrasının 2 may 2020-ci il tarixində onlayn iclası keçirilib.

İclasda "Azərbaycan dili və ədəbiyyat" kafedrasının müdiri, dosent Nüşabə Məmmədova, Elmi katib, dosent Əli Həşimli və kafedranın əməkdaşları iştirak ediblər. Onlayn iclası açan kafedranın müdiri Nüşabə Məmmədova bildirib ki, bu virusun dünyada yayıldığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdiyi çevik və doğru qərarlar, risklərin düzgün idarə edilməsi istiqamətində verdiyi qəti göstərişlər əhali arasında xəstəliyin geniş yayılmasının ciddi şəkildə qarşısını alır. 

Sonra kafedra müdiri gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. 

İclasda aşağıdakı məsələlər müzakirə edilib:

1. Kafedra müəllimləri ilə tələbələr arasında görülən işlər.
2. Müəllimlərə sərbəst işlərin necə yazılması və qəbul edilməsi haqqında məlumatın verilməsi.
3. Magistr imtahanlarının necə keçiriləcəyi barədə.  
4. Tələbələrlə oxunması zəruri olan kitabların müzakirəsinin onlayn keçirilməsi və s. 
Daha sonra iclasda müəllimlərin pandemiya dövründə gördükləri işlərlə bağlı hesabatları dinlənilib və təkliflər verilib.