Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyənə götürülmüş “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib

  Görüşdə İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov giriş sözü ilə çıxış edərək “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı keçirilən tədbirlərin və tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb.

  Sonra İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Novruzlu Novruz “Sahibkarlığın inkişafı Fondunun fəaliyyəti və iqtisadiyyatın prioritet sahələrinə göstərilən dövlət maliyyə dəstəyinin əhəmiyyəti” mövzusunda çıxış edərək tələbələrə sahibkarlıq sahəsində əvəzsiz rola malik olan güzəştli kreditləşmə haqqında ətraflı məlumat verib. Bildirib ki, muxtar respublikada sahibkarlığa yeni başlayanlara, kiçik, orta və böyük sahibkarlıq subyektlərinə, eləcə də ailə təsərrüfatlarına verilən güzəştli kreditlərin səmərəliliyinin nəticəsidir ki, bu gün yüzlərlə istehal və xidmət sahəsi fəaliyyətə başlayıb, rəqabətqabiliyyətli məhsul istehsalına nail olunub, bir sıra ailə təsərrüfatları istehsal sahələrini genişləndirərək kiçik sahibkarlıq subyektlərinə çevriliblər.

  İqtisadiyyat Nazirliyinin “Sahibkarlığın inkişafı” şöbəsinin müdiri Xudakərim Məmmədov mövzunun davamı olaraq Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

  Ardından mövzu ətrafında müzakirələr olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda fəal tələbələrə həvəsləndirici hədiyyələr təqdim edilib.