Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi əməkdaşlarının “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüşü olub

  Görüşdə “İqtisadiyyat” fakültəsinin dekanı Zakir Məmmədov çıxış edərək Sərəncamın icrası istiqamətində hami təşkilat və universitet arasında mütəmadi görüşlər tələbələrin gələcəkdə düzgün peşə seçimində, peşəkar kadr kimi yetişməsində, təhsil aldıqları ixtisasların sirlərinə dərindən yiyələnmələrində müstəsna rola malik olduğunu bildirib.

  İqtisadiyyat Nazirliyinin “Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş” şöbəsinin əməkdaşı Əhəd Məmmədov dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi yolu ilə dövlət müəssisələrinin rəqabət qabiliyyətini yüksəltməsi, dövlət əmlakının icarəyə verilməsi qaydaları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

  Daha sonra Nazirliyin “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbəsinin əməkdaşı Səfərəli Səfərli muxtar respublikada istehsal olunan ixrac potensialına malik məhsullar, onların ixrac bazarları, rəqabətqabiliyyətli məhsulların güzəştli ticarət rejimi çərçivəsində ixrac perspektivləri, bu sahədə qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat verib.

  Sonda tələbələri maraqlandıran suallar ətrafında diskusiya aparılıb. Diskusiyalarda fəal iştirak edən tələbələr mükafatlandırılıb.