Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Naxçıvan MR Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin tələbələri ilə görüşü keçirildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 27 noyabr 2018-ci il tarixdə Naxçıvan MR Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda görüşü keçirilib.

Görüş zamanı İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Fakültə dekanı adıçəkilən Sərəncamın  muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu və audit və maliyyə sahəsində kadr potensialının formalaşması, gələcəkdə isə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətindən danışıb. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin sektor müdiri İbrahim Vəliyevin və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin aparıcı məsləhətçisi Yaqub Məmmədovun “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda məruzələri dinlənilib.

Məruzələr zamanı yerli büdcə, yerli büdcənin gəlirləri, xərcləri, auditin məqsədi, növləri, auditor rəyi barədə ətraflı məlumat vermiş və auditor fəaliyyətinin əsas məqsədi olan təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunun müəyyən edilməsini tələbələrin diqqətinə çatdırmışdır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.