Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

"Naxçıvan” Universitetinin tələbələri Cəmşid Naxçıvanskinin ev-muzeyini ziyarət ediblər

  Keçirilən tədris planına uyğun olaraq 2019-2020-ci tədris ilində Xarici dil (İngilis) müəllimliyi ixtisasına qəbul olan Hazırlıq kursu tələbələrinin çərşənbə günləri ənənəvi olaraq müəyyən olunmuş qrafiklə təşkil olunan ekskursiyaları davam etdirilir. “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin Hazırlıq kursunun tələbələri Cəmşid Naxçıvanskinin ev-muzeyində olublar. Muzeyin bələdçisi muzey haqqında tələblərə məlumat verib. Bildirilib ki, görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanski xalqımızın qürur mənbəyidir. Bu böyük vətən oğlunun - generalın ata yurdunda onun ev-muzeyinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə olub. 22 oktyabr 1982-ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev muzeyi açılıb. Cəmşid Naxçıvanskinin hərbi istedadı və bacarığı haqqında qeyd olunub ki, o hələ Birinci Dünya müharibəsinin döyüş cəbhələrində özünü bir qəhrəman kimi təsdiq edib. 1915-ci ilin martında Cəmşid xan döyüşlərdə iştirak etmək üçün əmr alıb. O, əmisi – süvari qoşunu üzrə tam general Hüseyn xan Naxçıvanskinin komandirlik etdiyi Avstriya-Ruminiya cəbhəsində döyüşüb və Brusilov cəbhəsinin yarılmasında keçirilən uğurlu hərbi əməliyyatda iştirak edib. Cəmşid Naxçıvanski döyüşlər zamanı dəfələrlə ağır yaralansa da döyüş cəbhəsini tərk etməyib. Müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb. Cəmşid Naxçıvanski döyüşlərdə göstərdiyi hərbi şücaətlərə görə ən yüksək ordenlərə, mükafatlara layiq görülüb. O, 4-cü dərəcəli “Müqəddəs Anna”, 3-cü dərəcəli “Müqəddəs Stanislav”, 3-cü dərəcəli “Müqəddəs Anna” və “Georgi Silahı” mükafatı alıb. 1920-ci ildə Azərbaycan Komandirlər məktəbinin rəis müavini, daha sonra rəisi vəzifəsinə təyin olunan Cəmşid Naxçıvanski 1921-ci il sentyabrın 10-da Azərbaycan atıcı diviziyasına komandir təyin olunub. 10 il həmin diviziyaya rəhbərlik edib. Diviziyaya rəhbərliyi dövründə o, bir neçə dəfə Moskvada hərbi akademiyanın ali komanda kurslarına göndərilib. Bakıya isə artıq hərbi işi dərindən bilən bir komandir kimi qayıdıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.