Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində “Cəlil Məmmədquluzadə yaradıcılığı və müasirlik” adlı elmi konfrans keçirilib

   “Naxçıvan” Universitetində “Azərbaycan dili və ədəbiyyat” kafedrasının təşkilatçılığı ilə “Cəlil Məmmədquluzadə yaradıcılığı və müasirlik” adlı elmi konfrans keçirilib.

   Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq Mirzə Cəlil dühasının zəngin irsindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvarın 17-də “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə görkəmli yazıçı-publisistin yubileyinin Muxtar Respublikamızda keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi böyük ədibə ehtiramın ifadəsidir.

Daha sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri dosent İman Cəfərlinin “Cəlil Məmmədquluzadə yaradıcılığında Vətən və vətəndaşlıq” mövzusunda və dosent Nüşabə Məmmədovanın “Cəlil Məmmədquluzadənin yaradıcılığında sənətkarlıq xüsusiyyətləri” mövzusunda çıxışları dinlənilib.

Qeyd olunub ki, Cəlil Məmmədquluzadə təkcə Azərbaycanda deyil, bütün İslam dünyasında satirik jurnalistikanın əsasını qoyub. “Molla Nəsrəddin” jurnalı Avropa ölkələrində, Amerikada da oxunub, İngiltərə və Amerikadan olan məşhur şərqşünaslar “Molla Nəsrəddin” barədə tədqiqatlar aparıblar. Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərib. 

Sonda Cəlil Məmmədquluzadə yaradıcılığını əks etdirən slayd nümayiş etdirilib.