Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Naxçıvan Universitetində “Azərbaycan xalqına qarşı törədilən soyqırım-Xocalı faciəsi” mövzusunda konfrans keçirildi

Əvvəlcə Xocalıda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Bu hadisə mənfur erməni millətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətinin növbəti mərhələsi olmuşdur. Həmin gün amansız düşmən heç kəsə, hətta uşaqlara belə aman verməmişdir. Əfsuslar olsun ki, o dövrki rəhbərlik susaraq xalqımızın başına gətirilən bu bəlanın nə qarşısını aldılar, nə də ona lazımı qiymət verdilər. 

Xocalı faciəsi özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-yə dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Qəbul edilmiş qərara əsasən Azərbaycan və bəşər tarixinin qanlı səhifələrindən biri olan bu hadisələr hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.
Konfransda universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Aysel Abbasovanın “XX əsrin sonlarında Azərbaycanda baş verən siyasi hadisələr və Xocalı faciəsinə gedən yol”, Gülçin Ağayevanın “Xocalı faciəsi xalqımıza qarşı törədilən növbəti soyqırım hadisəsidir”,Həbibə Əliyevanın “Xocalı faciəsinə verilən siyasi və hüquqi qiymət”,ali təhsil ocağının nəşriyyatının redaktoru Nuray Cəfərovanın “Xocalı faciəsi xarici mətbuata” mövzularında çıxışları dinlənilmişdir.  Bildirilmişdir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısında çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqdır.
Sonda Xocalı hadisələrini əks etdirən slayd nümayiş etdirilmişdir.