Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Maliyyə Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 29 mart 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit və Maliyyə ixtisasının tələbələri ilə “Büdcə təşkilatlarının mühasibat uçotunun aparılması qaydaları” mövzusunda görüşü keçirilib.

Görüş zamanı İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin baş məsləhətçisi-mühasib Məmmədnağı Əkbərovun “Büdcə təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları” mövzusunda məruzəsi dinlənilib.

O, büdcə təşkilatlarında mühasibat uçotunun təşkilini, aparılmasını və maliyyə hesabatlarının hazırlanmasını, bu sahəni tənzimləyən normativ hüquqi aktların tələbləri haqqında tələbələrə geniş məlumat verib.

Sonra nazirliyin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası, icrasına nəzarət haqqında tələbələrə geniş məlumat verib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.