MAGİSTRANT, DOKTORANT VƏ GƏNC MÜƏLLİM-TƏDQİQATÇILAR TƏLİM KURSUNA CƏLB OLUNUB

 

      Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı və “Naxçıvan” Universitetinin iştirakı ilə keçirilən magistrant, doktorant və gənc müəllim-tədqiqatçılar üçün “Elmi-tədqiqatların əsasları: nəzəriyyədən təcrübəyə” adlı təlim kursunda universitetin kitabxana müdiri, elmi-əsərlər jurnalının redaktoru Zamin Babazadə iştirak edib.

     Təlimdə “Elmi məqalələrin tərtibat qaydası” haqqında danışan Zamin Babazadə elmi məqaləni necə yazmalı, nələrə diqqət etməli, tərtibat qaydası, ədəbiyyat siyahısının verilməsi, yeni tipli məqalə, başlıq, xülasə kimi bir çox mövzunu ehtiva edən təqdimat edib. Maraqlı təqdimat boyunca tələbələri maraqlandıran suallar cavablandırılıb.