Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Maliyyə Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb

  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit və Maliyyə ixtisasının tələbələri ilə “Təsərrüfat hesablı müəssisələrdə gəlirlərin formalaşdırılması və vəsaitləri qanunauyğun xərclənməsi istiqamətində maliyyə nəzarətinin həyata keçirilməsi” mövzusunda görüşü keçirilib.

Görüş zamanı İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə qeyd edib ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı Sərəncama müvafiq olaraq həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Sonra “Təsərrüfat hesablı müəssisələrdə gəlirlərin formalaşdırılması və vəsaitləri  qanunauyğun xərclənməsi istiqamətində maliyyə nəzarətinin həyata keçirilməsi” mövzusu ilə bağlı Maliyyə Nazirliyinin əməkdaşı Tural Nəcəfovun məruzəsi dinlənilib. Məruzə zamanı təsərrüfat hesablı müəssisələrdə maliyyə nəzarətinin həyata keçirilməsi qaydaları haqqında ümumi məlumat verilərək, ilkin büdcə sənədlərinin yoxlanılması, xərc əməliyyatlarının qanunauyğun aparılmasına nəzarət barədə tələbələrə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.