Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

"Məntiq test toplusu" kitabının təqdimat mərasimi olub

“Naxçıvan” Universitetinin Kitabxanasında ali təhsil ocağının İqtisadiyyat fakültəsinin müəllimi Zahid Qənbərovun “Məntiq test toplusu” kitabının təqdimat  mərasimi olub. Tədbiri giriş sözü ilə  universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, Zahid Qənbərov artıq 2 test kitabının, 2 test bankının və 1 dərs vəsaitinin müəllifidir.Onun müəllifi olduğu vəsaitlər oxucu kütləsi arasında çox geniş yayılmaqdadır. Bu günlərdə isə müəllifin “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində “Məntiq test toplusu” adlı kitabı işıq üzü görüb.

Tədbirdə çıxış edən universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirmişdir ki, dərs vəsaiti  magistraturaya və dövlət qulluğuna qəbul imtahanları  proqramı əsasında hazırlanmışdır.Verilmiş testlərdən istifadə etməklə tələbələr   təməl məntiqi düşünmə biliklərini   möhkəmləndirməklə yanaşı, eyni zamanda öyrənmənin yeni forma və metodlarına da yiyələnəcəklər. Test vəsaitindən ali məktəb tələbələri,magistrantlar dövlət qulluğuna hazırlaşanlar ,müəllimlər və məntiq elminə maraq göstərən bütün şəxslər istifadə edə bilərlər.

Sonra İqtisadiyyat kafedrasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru,dosent Dilsuz Qasımovun, həmin kafedranın müəllimi,riyaziyyat üzrə fəlsəfə doktoru, dosent  Elşad Ağayevin, “Naxçıvan”  Universiteti kitabxanasının əməkdaşı, magistr Aygün Kürdovanın və universitetin Tələbə Gənclər Təşkilatının sədri, İqtisadiyyat ixtisasının IV kurs tələbəsi Sənan Əhmədovun çıxışları dinlənilmişdir.