Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

"Müstəqilliyin başlanğıcı -18 oktyabr" mövzusunda konfrans olub

18 oktyabr  Milli Müstəqillik Günü ilə əlaqədar “Naxçıvan” Universitetində  ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Müstəqilliyin başlanğıcı -18 oktyabr “ mövzusunda  konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov açaraq bu günün tarixi əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki,dövlət müstəqilliyimiz  1991-1993-cü illərdə  süquta uğramaq təhlükəsi ilə  üz-üzə idi.  Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq,  məhv olmaq  təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni  həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə  başlandı.  

Sonra ümumi tarix kafedrasının  dosenti Elçin Zamanovun “ XX əsrin sonlarında SSRİ-nin dağılması fonunda  milli azadlıq hərəkatının  başlanması və müstəqilliyin  əldə olunması” həmin kafedranın  müəllimi Nuray Hacıyevanın “Müstəqilliyin  saxlanılmasının  çətinlikləri-dövlət çevrilişinə cəhdlər” və universitetin  tarix müəllimliyi magistr I kurs tələbəsi Könül Vəliyevanın “Müstəqillikdən keçən 28 il gənclərin gözü ilə” mövzularında çıxışları dinlənilib. Vurğulanıb ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.Sevindirici haldır ki,  müstəqilliyimizin siyasi və iqtisadi sütunları  getdikcə möhkəmlənir.Xalqın öz dövlətçiliyi sarsıdan heç bir narahtçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər  qorunub saxlanılır, inkişaf etdirirlir.

Sonda tədbir iştirakçıları müstəqilliyimizi əks etdirən  slayda baxmışlar.