Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Kimya və biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələr Naxçıvan Sement Zavodu ilə tanış olublar

 

  "Naxçıvan" Universitetinin Kimya və biologiya müəllimliyi ixtisasında təhsil alan bir qrup tələbəsi müvafiq tədris planına uyğun olaraq "Naxçıvan Sement Zavodu" MMC ilə tanış olublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun rəhbərliyi ilə zavodun istehsal prosesi və laboratoriyası ilə tanış olan tələbələrə zavodun əməkdaşı Şakir Zəfərov tərəfindən geniş məlumat verilib.

Bildirilib ki, 2012-ci ildə istifadəyə verilən bu zavod muxtar respublikanın ən iri sənaye müəssisələrindən biridir. Zavodun gündəlik istehsal gücü 1200 tondur. Bu müəssisə istifadəyə verildikdən sonra muxtar respublikamızda sementə olan tələbat yerli istehsal hesabına ödənilir.

Muxtar respublikamızın yerli xammalı olan əhəng daşı və mergel ilkin mərhələdə burada qırılır, üyüdülür və sonrakı istehsal proseslərinə ötürülür. İstehsalın son mərhələsi olan paketləmə sexinə baxan tələbələrə bildirilib ki, 40-50 kiloqramlıq kisələrdə istehsal olunan hazır məhsul buradan sifarişçi təşkilatlara və müxtəlif ticarət şəbəkələrinə göndərilir. Sonda tələbələrin sualları cavablandırıb.