KEYFİYYƏT TƏMİNATI MƏRKƏZİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

    Bu gün “ İqtisadiyyat”, “İdarəetmə” və “Təbiət elmləri” kafedralarının iştirakı ilə Keyfiyyət Təminatı Mərkəzinin növbəti iclası keçirilib. 

    Keyfiyyət Təminatı Mərkəzinin müdiri Könül Babayeva bildirib ki, bildiyiniz kimi “Naxçıvan” Universitetinin də üzvü olduğu Avropa Komissiyasının maliyyə dəstəyi ilə Erasmus+ proqramı çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsinin son konfransı ötən günlərdə keçirildi. Həmin layihənin məqsədlərindən biri də layihədə iştirak edən universitetlərdə Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılmasından ibarətdir. Mən bu gün əminliklə deyə bilərəm ki, universitet olaraq biz buna nail olmuşuq. Cünki artıq bizim universitetdə bu Mərkəz yaradılıb. Diqqətinizə çatdırım ki, Mərkəz təhsilin keyfiyyətinin təmin edilməsi və tədrisin səmərəli təşkili və idarə edilməsi işini yerinə yetirdiyinə görə universitetin bütün fakultələri, kafedraları və digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərməlidir.

    Sonra Könül Babayeva hər bir müəllimin treyninqlərlə bağlı təklif hazırlaması, öz ixtisasina dair hər hansı təkmilləşmə kurslarında iştirak etməsinin önəmindən söhbət açıb. Həmçinin o, müəllim-tələbə ikili münasibətində tələbələr üçün universitet məmnunluğunu gücləndirmək, tələbə nəticələrini yüksəltmək, universitetə xüsusi bacarıqlara malik tələbələri cəlb etmək və universitetə yüksək balla qəbul olunan tələbələrin bacarıqlarını tədqiqat-innovasiya istiqamətində inkişafına nail olmaq üçün görüləcək işlərdən və tələbələr arasında keçiriləcək rəy sorğularının əhəmiyyətindən danışıb.

   İclas müzakirələrlə davam etdirilib.