Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Forum iştirakçıları ”Naxçıvan” Universitetində oldu

Noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu keçirilib. Forumunun iştirakçıları səfər çərçivəsində “Naxçıvan” Universitetində olub. Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu qonaqları salamlamış,”Naxçıvan” Universiteti barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir. Hazırda universitetin 1000 nəfərə yaxın tələbəsinin təhsili ilə 81 nəfər müəllim məşğuldur. Onların sırasında AMEA üzvləri , elmlər doktorları , professorlar , dosentlər vardır. 
2016-2017-cı tədris ilində universitetdə 14 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr hazırlığı aparılır.
Universitet zəngin maddi-texniki bazaya malikdir. 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyi salınmışdır. Arxitektura və pedaqoji baxımından mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur.
Elektron zalları, zəngin kitab fondu olan elmi kitabxana, yaraşıqlı idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir.
Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Üç beynəlxalq təhsil təşkilatının üzvüdür. Beynəlxalq proqramlarda və layihələrdə iştirak edir.

Sonra qonaqlar universitet şəhərciyi ilə yaxından tanış olmuşlar.