Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Erasmus+ layihəsi çərçivəsində konfrans

  16-18 yanvar 2020-ci il tarixində Bakı Biznes Universitetində koordinatoru olduğu "Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı Erasmus+ layihəsi çərçivəsində konfrans keçirilmişdir. Konfransda layihənin tərəfdaşı olan Azərbaycan Universitetlərindən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, “Naxçıvan” Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin rektorları və prorektorları, həmçinin İngiltərədən olan layihə üzrə ekspert Corc Dafolas iştirak etmişdir. 

Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof İbad Abbasov açmış və tədbirin aktuallıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Konfransda universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, kreditlərin tanınması, ortaq konfransların, simpoziumların təşkil edilməsi məsələləri müzakirə edilmiş və layihənin davamlılığının təmin edilməsi üçün qeyd edilən məsələlər üzrə bütün tərəfdaş universitetlər arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.

Qeyd edək ki, “Naxçıvan” Universiteti 2013-cü ildən Erasmus+ proqramı çərçivəsində keçirilən layihələrin üzvüdür.