Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Elmi praktik konfrans keçirildi

“Naxçıvan” Univeristetində İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Büdcə təşkilatlarında praktik  mühasibatlıq” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə açaraq bildirmişdir ki, konfransın məqsədi büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu haqqında tələbələri məlumatlandırmaq, bu sahədə onların biliklərini artırmaq və təkmilləşdirməkdən ibarətdir. Fakültə dekanı mühasib peşəsinin vacibliyindən danışaraq bu peşənin şərəfli bir sahə olduğunu vurğulayıb.

Konfransda İdarəetmə kafedrasının müəllimi Elvin Əlimərdanovun “Maliyyə hesabatlarının hazırlanması”, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin  Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynovun “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması”, İdarəetmə kafedrasının müəllimi İsmayıl Bağırovun “Vergi uçotunun təşkili” mövzusunda çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunan büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, Xəzinə əməliyyatlarının, Vergi uçotunun təşkili, Büdcə təşkilatlarında mühasibatlıq işinin aparılması, hesabatlarının hazırlanması, müvafiq sahədə qanunvericilik bazasının öyrənilməsi və hüquqi məsuliyyət kimi mövzular tələbələrin böyük marağına səbəb olmuşdur. Eyni zamanda bildirilib ki,  Mühasibat uçotu - vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də. İdarə heyyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır. Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır. Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.

Sonra tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.