DOKTORANT VƏ DİSSERTANTLARIN ATTESTASİYASI KEÇİRİLİB

 

 

       “Naxçıvan” Universitetində təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib. Bu münasibətlə keçirilən tədbirdə müasir dövrdə elmin rolunun əhəmiyyətli dərəcədə artdığını söyləyən universitetin rektoru, dosent Nurlana Əliyeva yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasının universitetin alim və mütəxəssislərinin qarşısında duran vacib məsələlərdən olduğunu bildirib. Dissertasiya işində qoyulmuş məsələlərə dair dərin tədqiqatların aparılmasının, dünyanın nüfuzlu elmi bazaları ilə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafının zəruriliyini qeyd edən rektor bu gün elmi məqalələrin beynəlxalq bazalara daxil edilmiş jurnallarda dərcinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu qeyd edib. Elmi kadr hazırlığının daha səmərəli həyata keçirilməsi məqsədi ilə universitetdə bir sıra layihələr həyata keçirilməkdədir.
       Universitetin doktorant və dissertantlarının attestasiyası zamanı vurğulanıb ki, 2021-ci ildə 31 nəfər doktorant və dissertant təhsilini davam etdirib. 3 nəfər doktorantura, 4 nəfər dissertanturada təhsil müddətini başa vurduğundan doktorantura və dissertanturadan azad olunub. Həmçinin təhsilini davam etdirən doktorant və dissertantların bir illik elmi fəaliyyəti, gördüyü işlər dinlənilib, elmi fəaliyyəti müsbət qiymətləndirilən doktorant və dissertantlar növbəti kursa buraxılıb. Bildirilib ki, “Naxçıvan” Universitetində 13 ixtisas üzrə doktorant və dissertantlar təhsil alır.