Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Diskussiya keçirilib

“Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin və Pedaqogika və psixologiya  kafedrasının birgə təşkilatçılığı ilə “Gənclərin seçim azadlığı” mövzusunda  tələbələr arasında diskussiya keçirilib. Diskussiyada müəllimlər keçirilən diskussiyanın əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev  ölkəmizə rəhbərlik etdiyi ilk dövrlərdən  gənclərin  himayədar olaraq sağlam düşüncəli  yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin  mühüm vəzifəsi hesab edib.

Əsası  ümummilli lider Heydər Əliyev tərəfindən  qoyulmuş ölkəmizdə  aparılan gənclər siyasəti  bu gün də öz müsbət nəticələrini  verməkdədir. Ulu öndər gənc nəslə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək  səviyyədə  təhsil almalarını, asudə vaxtlarını səmərəli  keçirmələrini, hüquqlarının  müdafiəsini, ümumiyyətlə  gənclərin hərtərəfli inkişafını  təmin etmişdir. O da vurğulanmışdır ki, bu gün gənclərin hərtərəfli inkişafına, onların seçim azadlığına hər cür şərait yaradılıb. Gənclər də çalışmalıdır ki, yaradılan şəraitdən istifadə edə bilsinlər.