Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Dilsuz Qasımovun 70 illik yubileyi qeyd olundu

“Naxçıvan” Universitetinin iqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımovun 70 illik yubileyi münasibətilə ali təhsil ocağında tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq yubliyarıtəbrik etmiş, ona yeni-yeni uğurlar arzulamışdır. Rektor bildirmişdir ki, Dilsuz Qasımov  1949-cu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında (indiki Babək rayonu)  Sirab  kəndində anadan olmuşdur. 1961-ci ildə Sirab kənd səkkiz illik, 1965-ci ildə Leninabad (indiki Kərimbəyli) kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə Azərbaycan Kənd Təssərrüfatı İnstitutunu bitirərək alim-aqronom ixtisası, 1981-ci ildə  Bakı Ali Partiya Məktəbini bitirərək  ali  iqtisadi-siyasi təhsil almışdır. 1991-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik  İnstitunun aspiranturasını bitirmiş, 1993-cü ildə AMEA–nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  disertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, 2013-cü ildən dosentdir. Azərbaycanın  müstəqillik  dövrünədək  Naxçıvan  MR  partiya, sovet, təsərrüfat orqanlarında  rəhbər  vəzifələrində  çalışmışdır. 1991-1993-cü illərdə AMEA-nın Genetika və Seleksiya  İnstitutunda baş elmi işçi,1993-1994-cü illərdə Naxçıvan MR Bitki Mühafizə Stansiyasında aparıcı mütəxəssis, 1994-1995-ci illərdə Naxçıvan  MR Ali Məclisinin iqtisadi qanunvericilik şöbəsində referent,1995-1996-cı illərdə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində əkinçilik şöbəsinin rəisi,1996-2006- cı illərdə Babək rayon Şəkərçilik Şirkətinin direktoru vəzifələrində çalışmışdır.2005-2006-cı illərdə NDU-nun “İqtisadiyyat və tənzimləmə” kafedrasının saat hesabı müəllimi,2007- ci ildə tam ştatla müəllimi,2010-cu ildən baş müəllim, 2011-ci ildən dosent əvəzi,  2013-cü ildən dosent vəzifəsində işləyir. Eyni zamanda 2008-ci ildən NÖU-nin “İqtisadiyyat” kafedrasında yarım ştat hesabı ilə müəllim, 2009-cu ildən tam ştatlı müəllim, 2010-cı ildən  baş müəllim olaraq  çalışmış, 2012-ci ildən  NÖU-də “İqtisadiyyat” kafedrasının müdiri olmaqla “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi”, “Firmanın iqtisadiyyatı” və “Əməyin iqtisadiyyatı” fənnlərini tədris edir. 35 elmi əsərin o, cümlədən kitab, dərs vəsaiti, metodik vəsait və fənn proqramlarının müəllifidir.O da vurğulanmışdır ki, D.Qasımov “Kəhriz sistemləri”, “Kəhriz sistemlərinin sosial iqtisadi səmərəliliyi”, “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi”, “Aqrar sahənin inkişafının regional problemləri” və digər kitabların müəllifidir.
Sonda yubliyar ona yaradılan şəraitə, göstərilən qayğıya minnətdarlıq etmişdir.