Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

  Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq fevralın 28-də “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə universitetin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov açaraq bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Daha sonra “Vergi bəyannamələri, onların təqdim edilmə qaydaları və müddətləri” mövzusunda Dövlət Vergi Xidmətinin əməkdaşı İsmayıl Bağırovun slaydlar vasitəsi ilə təqdim etdiyi məruzə dinlənilib. Tələbələrə vergiödəyicilərinin vergi öhdəliklərinə görə təqdim etməli olduğu bəyannamələrin formaları və göndərilmə qaydası haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, vergi.nakhchivan.az internet səhifəsindən İnternet Vergi İdarəsi portalına daxil olmaqla bu əməliyyatları real vaxt rejimində yerinə yetirmək mümkündür.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.