Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar yarışlar keçirilib

Bu gün Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında “Azərbaycanı tanı” intellektual oyunu keçirilmişdir. Oyunun keçirilməsində məqsəd əcnəbi tələbələrə xəritə vasitəsilə Azərbaycanın tanıdılması, onların intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və Beynəlxalq Tələbə Gənclər Həftəsinin qeyd olunmasıdır. İştirakçılar oyunda pazl şəkilində olan Azərbaycanın coğrafi xəritəsini daha tez yığmaq üçün yarışmışlar.
Yekun nəticəyə əsasən “Naxçıvan” Universitetinin tələbələri arasında Tarri Richard I yerə, Pere Richard II yerə, Ariful İslam III yerə çıxmışlar. Qaliblər 16 noyabr 2018-ci il tarixdə “Gənclik Mərkəzi”ndə keçirilmiş mükafatlandırma mərasimində mükafatlandırılandırılmışdır.

Yarış Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Oyunda 20 nəfər əcnəbi tələbə iştirak etmişdir.