Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Azərbaycan Respublikasının enerji diplomatiyası” mövzusunda elmi-praktik konfrans keçirilib

  “Naxçıvan” Universitetində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının enerji diplomatiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq Azərbaycan Respublikasının enerji sahəsində əldə etdiyi uğurlardan və diplomatiya sahəsində qazanılan nailiyyətlərdən danışıb.

  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli bildirib ki, müasir dövrdə beynəlxalq aləmdə ən aktual məsələlərdən biri enerji daşıyıcıları uğrunda dünya ölkələrinin rəqabətidir. Bu rəqabətdə üstünlük qazanmaq təbii ki, dünyada müəyyən dərəcədə söz sahibi olmağa, həmçinin dövlətlərin öz iqtisadi, siyasi, eləcə də hərbi gücünün artırılmasına təsir göstərir. Azərbaycanın yeni enerji strategiyasının memarı Ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyyətə malik olmuş, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirmişdir. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı olmuşdur. 1996-cı il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm olan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter almışdır.

Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin Konsulluq şöbəsinin attaşesi Pərviz Budaqovun “Azərbaycan Respubikasının enerji siyasəti” mövzusunda və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin Siyasi məsələlər şöbəsinin attaşesi Ülvi Məmmədlinin “Cənubi Qaz Dəhlizi və Azərbaycana tranzit potensialı” mövzusunda çıxışları dinlənilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.