Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Aprelin 29-da müqəddəs Ramazan ayı münasibətilə “Naxçıvan” Universitetində təhsil alan əcnəbi, həmçinin ölkəmizin başqa bölgələrindən gələn tələbələrə və bir qrup işçilərə iftar payı verilib

 
  Keçirilən tədbirdə çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva Ramazan ayının dinimizdə önəmindən danışıb. Bildirib ki, islam dinində ilin ayları arasında bu ay ən şəfaqətli və müqəddəs ay hesab edilir. Mənəvi paklıq, yardımlaşma ayı olan Ramazan məcazi şəkildə “on bir ayın sultanı” da adlandırılır. Rektor qeyd edib ki, ölkəmizdə, həmçinin onun ayrılmaz hissəsi olan muxtar respublikamızda Ramazan ayı və orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Pandemiya dövründə kütləvi iftar mərasimlərinin yerinə iftar paylarının verilməsi əhalinin sağlamlığının qorunmasına xidmət etməklə yanaşı, həm də mənəvi dəyərlərin yaşadılması məqsədini daşıyır. Əcnəbi, həmçinin ölkəmizin başqa bölgələrindən gələn tələbələrin hər zaman dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu deyən rektor, bu gün keçirilən tədbirin göstərilən qayğının növbəti təzahürü olduğunu bildirib. Hamıya müqəddəs Ramazan ayında sağlamlıq və bol ruzi arzulayıb. Sonra iştirakçılara iftar payları verilib.
 
  Qeyd edək ki, aksiya çərçivəsində 283 nəfərə sovqat təqdim edilib.